iPhone 7 gəlir

iPhone 7 gəlir
22:17 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Apple"ın yeni məhsulu "iPhone 7" 4 düymlük kiçik ekrana sahib olacaq.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, şirkət yeni model telefonlarında "iPhone 4" modelinin dizaynından istifadə edəcək.
 
"Apple" şirkətinin podratçısı olan "AU Optronics"dən bildirilib ki, artıq 4 düymlük telefonlarla bağlı sifariş qəbul ediblər. "Apple" şirkəti istifadəçilərinin tələblərini nəzərə alaraq mini modelləri istehsal edəcək.
 
Sızan məlumatlara görə, sifarişlər 4 düym, 4.7 düym və 5.5 düym ölçülərində ekranları ehtiva edir. Ancaq bir ehtimal da var. Ola bilər ki, bu sifariş "iPhone 6C" modeli üçün verilsin.
 
Qeyd edək ki, internetdə "iPhone 7" ilə bağlı bir-birindən fərqli fikirlər səsləndirilir. Yeni modelin daha funksional olacağı deyilir. İddia edilir ki, "iPhone 7" bir çox xüsusiyyətinə görə, öz nəslinin ən yaxşısı olacaq.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/336203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR