Bu marketləri hamımız tanımalıyıq - SİYAHI

Bu marketləri hamımız tanımalıyıq - SİYAHI
22:22 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
 
Bakının Suraxanı rayonunda

- Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində Bəxtiyar İmanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Nizami rayonunda

- R.Rüstəmov küçəsi, 27 ünvanında Nəsibə Dağıstanlıya məxsus “Antep Lahmacun” kafesində;
 
Suraxanı rayonunda

- Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1 ünvanında “Bül-Bülə” şadlıq evində;
 
Nəsimi rayonunda

- E.Tağızadə küçəsi, 46 ünvanında Salaməddin Bağışova məxsus mağazada;
 
Hacıqabul rayonunda

- Muğan qəsəbəsində Xəlil İsmayılova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
 
Bakının Nərimanov rayonunda

- C.Hacıbəyli küçəsində Kamalə Qazıyevaya məxsus mağazada;
 
Xətai rayonunda

- M.Hadi küçəsində, 136A ünvanında İslam Mənsimova məxsus mağazada;
 
Nizami rayonunda

- Y.Səfərov küçəsi, 19 ünvanında Sevinc Mahmudovaya məxsus mağazada;
- Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/31 ünvanında Reyhan Həsənovaya məxsus mağazada;
 
Abşeron rayonunda

- Xırdalan şəhərində Rəşad Ağayevə, Adil Hüseynova və Çingiz Ağasəfova məxsus mağazalarda;
 
Gəncə şəhərində

- Xətai prospekti, 102 ünvanında Vüqar İsayevə məxsus mağazada;
- N.Nərimanov prospektində Vüsal Hüseynova məxsus mağazada;
 
Qazax rayonunda

- Qarapapaq kəndində Səbuhi Məmmədova məxsus mağazada;
 
Kürdəmir şəhərində

- Bakı prospektində Nizami Baxşıyevə məxsus mağazada;
 
Hacıqabul şəhərində

- M.Müşfiq küçəsində Fuad Abasova məxsus mağazada;
 
Bərdə şəhərində

- Nizami küçəsində Tanrıverdi İbişova məxsus mağazada;
 
Quba şəhərində

- H.Əliyev prospektində Zaur Xəlilova məxsus mağazada;
- 32/33-cü məhəllədə Adil Kərimova məxsus mağazada;
 
Xaçmaz rayonunda

- Arzu qəsəbəsində Aqil Qaflanova məxsus mağazada;
 
Qobustan şəhərində

- Qobustan şəhərində Asəf Əzizova məxsus mağazada;
 
Masallı rayonunda

- Bədəlan kəndində Tural Şəfəqqətova məxsus mağazada;
 
Qax şəhərində

- İ.Mustafayev küçəsində Oqtay Məmmədova məxsus mağazada;
 
Qəbələ şəhərində

- Nəsimi küçəsində Nurlan Zəkəriyəyevə məxsus mağazada;
 
Ağdam rayonunda

- Baharlı qəsəbəsində Zamin Mirzalyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
 
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyində 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/336205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR