Play Store

Türkiyədə "soyqırım"ı dəstəkləyən kitab satılır

Türkiyədə "soyqırım"ı dəstəkləyən kitab satılır
21:32 23 Aprel 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə qondarma erməni soyqırımını dəstəkləyən kitab nəşr olunub.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, erməni əsilli jurnalist Hrant Dinkin xatirəsinə həsr olunmuş “İçimizdəki erməni (1915-2015)” adlı kitabda Ədalət Ağaoğlu, Muradxan Mungan, Firidun Andaç kimi məşhur türk yazarlar yer alıb.
 
35 yazarın təmsil olunduğu kitabın əsas şüarı belədir: “Yüz minlərlə erməni soydaşımızın ölümünə, sağ qalanların da ana torpaqlarından köçürülməsinə səbəb olan 1915-ci il hadisələrindən 100 il keçdi. Böyük fəlakətin adı və qurbanların sayı ilə bağlı müzakirələr aparmaq eyni torpağı paylaşan xalqlar arasına sancılmış zəhərli xəncərdir. Artıq bu xəncəri çıxarmağın vaxtı çatıb”.
 
Xatırladaq ki, erməni jurnalist Hrant Dink 2007-ci ilin 19 yanvarında öldürülüb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR