Play Store

"Shamkir Chess 2015": 6-cı tura yekun vuruldu (Nəticələr)

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində 6-cı turun oyunları keçirilib. 

Metbuat.az-ın xəbərinə görə, bu gün ümumilikdə 5 qarşılaşma keçirilib. Günün mərkəzi oyununda Vladimir Kramnik Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirib. İtaliyalı qrossmeyster qalib gəlib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Uesli So, Rauf Məmmədov isə Vişvanatan Anandla heç-heçə edib.

Nəticələrə nəzər salaq:

Maykl Adams - Maksim Vaşye-Laqrav - 0,5:0,5

Aniş Qiri - Maqnus Karlsen - 0,5:0,5

Vladimir Kramnik - Fabiano Karuana - 0:1

Rauf Məmmədov - Vişvanatan Anand - 0,5:0,5

Uesli So - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Turnir cədvəli: Karlsen - 4,5 xal, So - 4, Anand - 3,5, Məmmədyarov, Karuana - 3, Kramnik, Qiri, Məmmədov, Vaşye-Laqrav - 2,5, Adams - 2.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR