Bakıya gələn erməni (FOTO)

Bakıya gələn erməni (FOTO)
21:46 23 Aprel 2015
385 İdman
Ölkə mətbuatı
A- A+

İsveç rəsmiləri Bakı-2015 Avropa Oyunları üçün qadınlardan ibarət 6 sərbəst və 7 Yunan-Roma güləşçisinin adını elan edib.

ANS PRESS-in Oyunların saytına istinadən verdiyi məlumata görə, onlar arasında Bakıda 69 kq çəkidə mübarizə aparacaq 72 çəki dərəcəsində 2012-ci il London Olimpiya Oyunlarının qalibi Cenni Franssonun da adı var. Üçqat Avropa çempionu Sofia Mattsson 55 kq çəkidə yarışdığı halda, onun bacısı, ikiqat Avropa çempionu Yohanna Mattsson 60 kq çəki dərəcəsi üçün seçilib. 2012-ci il Avropa çempionu Henna Yohansson isə 63 kq çəki dərəcəsində İsveçi təmsil edəcək.

Qadınlar arasında digər sərbəst güləşçi Jozefine Frederiksen 48 kq və Fredrika Peterson 53 kq çəkidə mübarizə aparacaqlar.

İsveçin güləş komandasının rəhbərləri, həmçinin 75 kq çəkidə London-2012 olimpiadasının qalibi Robert Rosenqren və Pekin-2008 Olimpiya Oyunları, 2009-cu il Aralıq Dənizi Oyunlarının 96 kq çəki dərəsəcində gümüş medalçısı Teodoros Tounousidisin başçılığı altında öz Yunan-Roma komandasının üzvlərinin adlarını ictimaiyyətə elan edib.

İsveçin kişilərdən ibarət digər güləşçiləri Şarur Vardanyan (66 kq), Zakarias Tallrot (71 kq), Aleksander Yersqren (80 kq), Emil Sandal (85 kq) və Sebastian Lönnborndur (130 kq).

ANS PRESS bildirir ki, Şarur Vardanyan erməni əsilli güləşçidir.













Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR