Sərbəst güləşçilərimiz Minskdə 3-cü oldular

Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə yığmamız komanda hesabında 3-cü yeri tutub.

Azərbaycan Güləş Federasiyasından Metbuat.az-a verilən məlumata görə, baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifovla (92 kq) Cəmaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş, Murtuzəli Müslimov (70 kq) isə bürünc medal qazanıb. Millimiz bu nəticələrlə 126 xal toplayıb və 3-cü yeri tutub. Komandamız yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.

Qadınlardardan ibarət millimiz isə komanda hesabında 4-cü pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə edib. Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR