LG yeni smartfonu göstərdi

LG yeni smartfonu göstərdi
22:57 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“LG Electronics” korporasiyası “Android 5.0 Lollipop” mobil proqram platforması ilə işləyən böyükölçülü smartfonunu nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparat 1280x720 piksel təsvir ölçüslü 5,7 düymlük ekran, 64 bitlik “Qualcomm Snapdragon 410” prosessoru və “Adreno 306” qrafik sürətləndiricisi ilə təchiz edilib.
 
Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1,5 və 8 QB təşkil edir. Məzmunu, həmçinin “microSD” çıxarılıb taxılan daşıyıcılarda yadda saxlamaq olar. İstehsalçılar bildirib ki, belə daşıyıcıların tutumu 2 TB ola bilər. Lakin, hələ ki heç bir istehsalçı bu tutumda daşıyıcı təklif etməyib.
 
“LG G Stylo” qurğusu 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, “Bluetooth 4.1”, “Wi-Fi 802.11a/b/g/n”, “GPS”, “LTE” və “NFC” simsiz kommunikasiya vasitələri ilə təchiz edilib. Cihaza quraşdırılmış akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir. Korpusun qalınlığı 9,6 mm, çəkisi 163 qramdır.
 
2015-ci ilin aprelin sonunadək “LG G Stylo” qurğusunun satışına başlanılacaq. Smartfonun təxmini dəyəri təxminən 460 dollardır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/336071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR