Play Store

Qırğızıstanın baş naziri istefa verdi

Qırğızıstanın baş naziri istefa verdi
22:05 23 Aprel 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın baş naziri Joomart Otorbaev İstefa verib.
 
Milli.Az "AzadlıqRadiosu"na istinadən bildirir ki, o bunu aprelin 23-də parlamentdə bəyan edib.
 
Otorbaev bildirib ki, real demokratiyada hakimiyyətdə monopoliya ola bilməz.
 
Amma o isfanın səbəbinə dəqiq aydınlıq gətirməyib.
 
İstefa Kumtor qızıl mədəni ətrafındakı qalmaqaldan sonraya təsadüf edir.
 
Hazırda dövlətin nəzarətində olan “Kyrgyzaltyn” şirkətinin “Kumtor Gold” şirkətində 33 faiz payı var.
 
Qalan səhmlər isə Kanadanın “Centerra Gold” şirkətinin nəzarətindədir.
 
Müxalifət partiyaları və yerli sakinlər son illər bu mədəni milliləşdirilməsini tələb edirlər.
 
Başqa bir məlumata görə isə Otorbaev hökuməti son vaxtlar müxtəlif tərəflərin tənqidləri ilə üzləşib.
 
AzadlıqRadiosu qırğız xidmətinin məlumatlarından birində deyilirdi ki, baş nazirə bu təzyiqlərin arxasında prezidentə yaxın olan deputatlar durur.
 
Məsələn, parlamentdəki iqtisadiyyat və fiksal siyasəti üzrə komitənin sədri Karganbek Samakovaprelin 22-də hökumətin istefasını tələb edib.
 
Belə bir təşəbbüslə yanacaq və energetika komitəsinin rəhbəri Kojabek Rısbaev də çıxış edib.
 
Deputatlar hökuməti“Kumtor” , əhalinin su ilə təhcizatı vəs məsələlər də daxil olmaqla öz öhtəliklərini yerinə yetirə bilməməkdə günahlandırırlar.
 
Ölkə konstitusiyasına görə, baş nazirin istefasını prezident həll edir.
 
İstefanın qəbulu, hökumətin də istefası deməkdir.
 
Əgər hökumət istefaya getsə koalision hökumət yaradılacaq.
 
Joomart Otorbaev bu vəzifəni ötən ilin aprelindən icra edirdi.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR