Ötən il dünyada 96 yeni “LTE” şəbəkəsi istifadəyə verilib

Ötən il dünyada 96 yeni “LTE” şəbəkəsi istifadəyə verilib
09:51 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ildə dünyanın telekommunikasiya şirkətləri tərəfindən 96 yeni “4G/LTE” şəbəkəsi istismara verilib.

Bu barədə Beynəlxalq Mobil Rabitə Tədarükçüləri Assosiasiyasının (Global mobile Suppliers Association- GSA) məlumatında deyilir. Beləliklə, hazırda 124 ölkədə fəaliyyət göstərən kommersiya “LTE” şəbəkələrinin sayı 360-a çatıb. Ümumilikdə 174 ölkədə 611 operator şəbəkənin yaradılması və ya inkişafı üzərində çalışır.
 
Bununla yanaşı, operatorlar mobil rabitənin gələcək inkişaf yollarını fəal tədqiq edirlər. Həmçinin “LTE”-nin təkmilləşdirilmiş variantı olan "LTE-Advanced” (LTE-A) standartı böyük maraq doğurur. Ötən il məhz “LTE-A” operatorların tezlik daşıyıcılarının birləşməsi texnologiyası (Carrier Aggregation, CA) ilə birlikdə diqqətini cəlb edib.
 
“GSA” prezidenti Alan Hadden deyib ki, 2014-cü ilin başlıca tendensiyası “LTE-Advanced” tezlik daşıyıcılarının birləşməsinin inkişafı olub.
 
Onun sözlərinə görə, 31 ölkədə 49 operator artıq “LTE-A”-nı kommersiya istifadəsinə verib. Bütün sınaqdan keçirilən və pilot istifadəyə verilən “LTE-A” nəzərə alınmaqla dünyanın “LTE” operatorlarının təxminən 30 faizi onu mənimsəyib.
 
Bundan başqa, 42 ölkənin 80 operatoru “Voice-Over-LTE” (VoLTE) - “LTE” üzrə səsli məlumatların ötürülməsi texnologiyasına fəal investisiya yatırıb. 7 ölkədə 14 operator artıq “VoLTE” standartı üzrə yüksək dəqiqlikli səsin ötürülməsi xidmətini tətbiq edib, 2015-ci ildə isə bunu daha çox şirkətin edəcəyi gözlənilir, - "Telekomza” yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR