Nazirimiz onları belə susdurdu (VİDEO)

Nazirimiz onları belə susdurdu (VİDEO)
23:06 23 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxt Bakı tezliklə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Forumun təqdimat mərasimi isə UNESCO-nun İcraiyyə Şurası çərçivəsində Fransanın paytaxtı Parisdə baş tutub. Burada Forumun Bakıda keçirilməsinə etiraz edənlər olub.

ANS TV-nin məlumatına görə, Bakı prosesi ilə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimində İcraiyyə Şurasının sədri səfir Məhəmməd Əmr ölkəmizin bu təşəbbüsünü dünyada sülh və əməkdaşlığa xidməti ilə əlaqələndirib.

UNESCO-nun baş direktoru İrina Bokova isə Azərbaycanın mədəniyyətlərarası təbliğatın aparılması üçün təşübbuslərə qoşulmasının əhəmiyyətini yüksək qiymətləndirib. İrina Bokova Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın, UNESCO-nun məqsəd və prinsiplərinə böyük dəstək olduğunu da vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında ölkəmizin multikultural dəyərlərə önəm verdiyini söyləyib. Hətta təqdimat mərasimində mədəniyyətlərarası forumun Azərbaycanda keçirilməsinə etiraz edənlər də tapılıb.

Əbülfəz Qarayev bildirib ki, tədbirin gedişi zamanı guya Azərbaycanda hansısa heykəllərin dağıdılması haqqında məsələ də qaldırdılar: “Təbii ki, bu həqiqətə uyğun deyil. Məlumdur ki, islam mədəniyyəti aid olan həm heykəllər, həm də abidələr bu gün Ermənistanda tamamilə məhv olunub. Hazırda Ermənistan dünya ictimaiyyətinin və beynəlxlaq təşkilatların komissiyaların tərəfində mövcud vəziyyətlə tanış olmalarına qarşı hər vəchlə mane olurlar”.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi qərarı hələ 5 il əvvəl BMT Baş Assambleyasında ölkəmizin milli, irqi, dini dəyərlərə fərq qoymadan bütün millətlərin sülh və dostluq şəraitində yaşamasına şərait yaratdığı üçün seçilib.

Azərbaycanda bundan əvvəl də iki dəfə Ümüdünya Mədəniyyətlər Arası Diaolq Forumu keçirilib.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR