Ronaldo "Real"dan sonra hansı komandada oynayacaq?

Ronaldo "Real"dan sonra hansı komandada oynayacaq?
23:11 23 Aprel 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın hücumçusu Kriştiano Ronaldonun gələcək karyerasına aydınlıq gəlib.

ANS PRESS-in məlumatına görə, portuqaliyalı futbolçu müqaviləsinin sonuna qədər "Real"da qalacaq.

2018-ci ildə "kral klubu" ilə müqaviləsi başa çatacaq Ronaldo daha sonra Amerikaya üz tutacaq. 30 yaşlı futbolçu ABŞ-ın "Los Angeles Qalaksi" klubunda oynamağı planlaşdırır. Nyu-York və Mayami klublarından da təklif alan Ronaldo Los-Angelesdə yaşamaq qərarına gəlib.

Qeyd edək ki, "Liverpul"un canlı əfsanəsi Stiven Cerardın cari mövsümün sonunda "Los Angeles Qalaksi"yə transfer olunacağı gözlənilir. İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem də 2007-2012-ci illərdə bu komandanın şərəfini qoruyub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR