​İlham Əliyev Türkiyədə “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb

​İlham Əliyev Türkiyədə “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb
23:17 23 Aprel 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Cari ilin 22 aprel tarixində Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının (MİGFED) 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Sözügedən federasiyanın sədri Kənan Macit çıxışında, müxtəlif sahələr üzrə mükafat sahiblərinin nüfuzlu münsiflər heyəti tərəfindən müəyyən edildiyini bildirib.
Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan prezidenti İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb. Həmçinin, Azərbaycanın iqtisadi sahədə ciddi uğurlar qazanmaqla yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyü qeyd edilib.
Mərasim zamanı İlham Əliyevin layiq görüldüyü nüfuzlu mükafat səfirliyin müşaviri Ceyhun Zeynalova təqdim edilib.
Xatırlatmaq istərdik ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Albaniyanın baş naziri Edi Rama da var. Mərasimdə Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər sahələrdə böyük uğurlar əldə edən nüfuzlu şəxslərə və qurumlara da Federasiyanın mükafatları təqdim edilib.



Xəbərin orijinal ünvanı: http://report.az/media/i-lham-eliyev-turkiyede-beynelxalq-dostluq-ve-sulh-mukafati-na-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR