Medvedev yenə vəd verdi

Medvedev yenə vəd verdi
23:22 23 Aprel 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanıni baş naziri Dmitri Medvedevin bildirdiyinə görə, Rusiya höküməti pensiyaların icbari yığım hissəsinin qorunması barədə qərar qəbul edib.
Onun sözlərinə görə, "bu qərar əksər ekspertlər və ölkə vətəndaşları tərəfindən dəstəklənir".
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə qəbul olunmuş qərara uyğun büdcəni balanslaşdırmaq göstərişi verilib.
Baş nazirin sözlərinə görə, xarici bazarlar Rusiya üçün hazırda bağlı olduğuna görə, pensiya fondu ölkə iqtisadiyyatı üçün uzunmüddətli kredit mənbəyi kimi istifadə olunmalıdır.
 
Rusiya höküməti 2014-cü ildən təqaüdlərin yığım hissəsinin formalaşdırılmasına moratorium elan etmişdi, nəticədə həmin dövr ərzində bütün təqaüd ödənişləri pensiya fondunun sığorta hissəsinə yönəldilmişdi.
 
Ötən ilki moratoriumun qüvvəsi 2015-ci ilə də uzadılmışdı, lakin bu məsələ ilə bağlı son qərarın elan olunması aprelin 23-ə təyin olunmuşdu.
Rusiya qanunvericiliyinə görə, pensiya fonduna hazırda işçinin maaşının 22 faizi yönəldilir - 16 faiz mövcud pensiyaçılara təqaüdün ödənməsinə ayrılırsa, qalan 6 faizdən gələcək pensiyaların ödənişini təmin edəcək investisiyalar kimi istifadə olunur.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR