Azərbaycanın şimal qapısında turizm potensialı (VİDEO)

Azərbaycanın şimal qapısında turizm potensialı (VİDEO)
23:41 23 Aprel 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmazın geniş turizm potensialı var.

ANS TV-nin məlumatına görə, Xaçmaz rayon mərkəzində son illər inşa edilmiş bir sıra abidələr öz quruluşuna, üslubuna, işlənmə qaydasına görə diqqəti cəlb edir. Xüsusən də eksponatların və büstlərin gecə görüntüləri.

Şəhər sakini Böyükağa Məmmədov deyir ki, bura təkcə xaçmazlılar deyil, qonşu və Azərbaycanın digər rayonlarından da gəlirlər. Xaçmaz Şimal qapısında yerləşdiyinə görə, Avropadan və Rusiyadan gələn qonaqlar buranı özlərinə istirahət mərkəzi kimi seçirlər.

Şəhərdəki şəxsiyyətlər muzeyində Azərbaycanın 52 elm, sənət, hərb, ədəbiyyat adamının büstü qoyulub.

Rayon Mədəniyyət və Turizm şöbəsində hesab edirlər ki, Xaçmaz abidələrin sayına görə digər rayonlardan fərqlənir.

Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Ağayev bildirib ki, Xaçmazda 100-dən yuxarı tarixi, Azərbaycanın görkəmli şəxsiyyətlərinə ucaldılan abidələr var. Burada Azərbaycanın qəhrəmanlıq səlnaməsində öz yeri olan şəxsiyyətlərə abidə qoyulub ki, bunların da gənc nəslin milli vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyəti böyükdür.

Xaçmazın Çənlibel parkında at üstündə qoç Koroğlu ilə yanaşı, Naxçıvanın Babək rayonunda yerləşən Məşhur İlanlı dağın 21 metr hündürlükdə Kompleksi də diqqət çəkir. Şəhərdə tarixi qəhrəmanlardan Babək, Cavanşir və Xətainin də atüstü heykəlləri qoyulub. Heykəllər rayon mərkəzi ilə yanaşı Xaçmazın Xudat şəhərində də çoxluq təşkil edir.

Mənbə
ANS TV: Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=339949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR