Məhşur klub 850 milyon dollara satıldı

Məhşur klub 850 milyon dollara satıldı
00:01 24 Aprel 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

NBA klubu "Atlanta Havks"in uzun müddətdi gözlənilən satışı reallaşıb. ANS PRESS-in məlumatına görə, klubun sahiblərindən olan Brüs Levenson səhmlərini satıb.

ABŞ mediasının məlumatına görə, o, milyarder Antoni Resslerlə anlaşıb. Brüs Levenson səhmlərini 850 milyon dollara satıb. 55 yaşlı Antoni Resslerin var-dövlətinin 1.5 milyard dəyərində olduğu deyilir.

Qeyd edək ki, Brüs Levenson iki il öncə göndərdiyi bir irqçi e-mail məktubu ilə gündəmə gəlmişdi. Belə ki, o, klubun baş meneceri Danni Ferriyə məktub yazaraq "Atlanta Havks"in oyunu zamanı salonda çoх sayda qara dərili olduğunu bildirmiş və ağ dərili cənubluların rahat olması üçün onların sayını azaltmağı istəmişdi. Bu məktub üzə çıхandan sonra Brüs Levenson səhmlərini satacağını bildirmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR