Play Store

Şəhriyar Məmmədyarov: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil"

Şəhriyar Məmmədyarov: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil"
23:06 23 Aprel 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

Uesli Soya qarşı mübarizə aparmaq asan deyil. So çoxlarına tanış olmayan şahmatçıdır. Son bir il ərzində yüksək oyun göstərməklə reytinqini artırıb. Sonun oyunu hamıya bəlli deyil. Bu mənada onun oyunu turnirin kəşfidir. Lider olacağını gözləmirdik. Qısa zamanda özünü doğrultmaqla bizə “başağrısı” olub. Qara fiqurlarla heç-heçə oynamaq yaxşı nəticədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirinin altıncı turunda qara fiqurlarla ABŞ şahmatçısı Uesli Soya qarşı oynayaraq heç-heçəyə nail olan Şəhriyar Məmmədyarov qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında deyib.

Əslən Fillipindən olan Uesli So isə nəticədən razı qaldığını vurğulayaraq deyib: “Vişvanatan Ananda qarşı partiyanı tez unutmaq istəyirəm. Xoşagəlməz anlarla yadda qaldı. Elə məğlubiyyətlər adama çox təsir edir. Bu gün Şəhriyara qarşı çətin oyun oldu. Yaxşı şahmatçıdır. Sona qədər risk etməyi sevir. Heç-heçədən razıyam. Çünki rəqib rahat oynamağa imkan vermədi. Son üç turda qələbə qazanmağa çalışacağam. Turnirin qalibi olmaq üçün şansım az da olsa var. Ona görə mübarizə aparmaq lazımdır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR