Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi

Xəstələri dərmanları yalnız öz apteklərindən almağa məcbur edən baş həkim xəstəxanada əsl biznes imperiyası qurub..

Mahaçqala şəhər xəstəxanasının baş həkimi Məcid Əliyevin adı böyük korrupsiya qalmaqalının mərkəzində hallanıb.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın “REN TV” kanalı xəbər yayıb.

M.Əliyev təxminən 250 milyon rublluq dələduzluqda şübhəli bilinərək həbs edilib. İstintaqa görə, baş həkim son bir neçə il ərzində qeyri-qanuni olaraq özünə və yaxınlarına böyük məbləğdə pul mükafatları yazıb. Bundan əlavə, o, xəstələri dərmanları yalnız öz əczaxanalarından(apteklərindən) almağa məcbur edib. Dərmanlar satış rəflərinə birbaşa xəstəxanadan aparılıb.

Müstəntiqlərin aydınlaşdırdığına görə, büdcə vəsaitləri tamamilə primitiv bir sxemlə mənimsənilib. Belə ki, xəstəxana əməkdaşlarının əmək haqqı kartlarına əlavə məbləğ köçürüldükdən sonra baş həkimin müavini onları inandırırmış ki, təsadüfən səhv olaraq hesablarına köçürülmüş pulları xəstəxana xəzinəsinə qaytarmaq lazımdır.

Kanalın məlumatına görə, Mahaçqalanın keçmiş baş həkiminin ticarət mərkəzləri, ofis binaları və əczaxanalar şəbəkəsi var. Xəstələr və həkimlər dəfələrlə baş həkimdən şikayət ediblər. Müəssisə rəhbəri media və televiziya vasitəsilə ödənişli tibbi xidmətləri reklam etməklə xəstəxanada bütöv bir biznes imperiyası yaradıb.

Daha bir maraqlı fakt odur ki, Məcid Əliyev son dövrlərdə Rusiyada şəxsi silahlı mühafizəsi olan yeganə həkim olub.

Telekanal, həmçinin, keçmiş baş həkimin barmaq izləri ilə işləyən skanerli liftlə təchiz olunmuş lüks 4 mərtəbəli imarətdə yaşadığını da vurğulayıb. Malikanə bahalı döymə darvazalarla əhatə olunub. Darvazaların üzərinə “M” hərfi həkk olunmuş şəxsi venzel-monoqram da vurulub. İmarətin daxili M.Əliyevin lüks həyat ehtirasından xəbər verir: hər mərtəbədə 1,5 metrlik ekranlı son marka televizorlar, qızılı suya çəkilmiş xrustal çilçıraqlar, qiymətli ağaclardan hazırlanmış oyma mebellər və s. və i.a. Əsas dəhlizdə isə əsl kral pilləkəni qoyulub...

Xəbərdə o da vurğulanıb ki, Məcid Əliyevin biznesinin çiçəkləndiyi dövrdə Dağıstanın səhiyyə naziri olan Tanka İbrahimov hazırda həbsdə istintaq altındadır...


Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR