Addım başı polis, vahiməli simalar və Bakıya yağlı əppək kimi baxan qonşular - VİDEO - FOTO

Addım başı polis, vahiməli simalar və Bakıya yağlı əppək kimi baxan qonşular - VİDEO - FOTO
00:12 24 Aprel 2015
230 Sosial
Ölkə mətbuatı
A- A+

Bir neçə ay öncə İngiltərədən gələn bir qonaqla söhbət edəndə Azərbaycanın qəribə ölkə olduğunu dedi. Niyə qəribə olduğunu soruşanda isə cavabı məni düşündürməyə vadar etdi. O deyirdi ki, paytaxt Bakıda dolaşdıqca hər addım başı polis görmək onu narahat edir. "Ölkənizdə bu sayda polisə ehtiyac haradan doğur?" deyə sual etdi və mən həmin sualın qarşısında aciz qalmamaq üçün "stabillik üçün bu vacibdir" dedim. İngilis qonaq dünyanın başqa ölkələrinə də tez-tez səfər etdiyini, çox stabil şəhərlərdə bu qədər polis görmədiyini bildirdi. Amma mən ona inanmadım. "Yəqin ölkəmizi aşağılamaq üçün belə söyləyir" deyə düşündüm.



Həmin dialoqdan bir neçə ay sonra İstanbula səfər etmişdim. Şəhərin gəzməli, görməli yerlərini dolaşdıqca, ingilisin mənə dediyi sözü tez-tez xatırlayırdım. Çox qəribə gəlirdi. O boyda İstanbulda saatlarla gəzdim, lakin qarşıma cəmi bir yerdə polis çıxdı. O da Əmniyyətin qarşısı (yəni polis idarəsi) idi. Düşünməyə başladım. Görəsən, hər gün bir milyon insanın qonaq, 13 milyon insanın isə daimi sakin olduğu şəhərdə stabil həyat necə təmin olunur? Axı minlərlə turist şəhər küçələrində istər gecə, istərsə də gündüz vaxtı rahat gəzişir...

Ötən gün nahar fasiləsində Bakının mərkəzi küçələrində gəzərkən öyrəndim ki, stabilliyin təminatı üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. 4 qaraçı oğlan artıq bir neçə gündür ki, şəhərin mərkəzi küçələrində gəzir, Mir Mövsüm Ağanın fotosunu parkda gəzən cütlüklərə zorla satmağa çalışırdılar. Onlardan biri əsa ilə ağsayaraq gəzirdi. İnsanlar onların vahiməli görkəmini gördükdə uzaq olmaq üçün bir manat verib aralaşırdılar. Bu mənzərə polisin gözündən yayınsa da, Milli.Az-ın əməkdaşları hadisənin foto və video görüntülərini çəkdilər. Səbail Polis İdarəsinə də məlumat verdilər. Yalnız bundan sonra şəhərin mərkəzi küçələrində polis əməliyyat keçirərək insanları vahiməyə salan yolçuları saxlamağa çalışdılar. Qısa zamanda polis onlara qarşı əməliyyata başlasa da, həmin əməliyyatı uğurlu saymaq olmaz. Polis 4-5 qaraçıdan cəmi bir nəfərini ələ keçirə bildi.



Polisi görən qaraçılar dərhal qaçmağa başladılar və İçərişəhərə girərək gözdən itdilər. Ən maraqlısı o oldu ki, əlil ağacında gəzən şəxsin polisi görən kimi fırıldağı üzə çıxır. O, ağacını əlinə alaraq yüksək sürətlə qaçıb polisdən yaxa qurtardı. Sonradan asayiş keşikçiləri həmin vahiməli qaraçıları nə qədər axtarsalar da, tapa bilmədilər.

Çox qəribə hadisə idi. Şəhərin hər küçəsində xidmət aparan polislərin belə mənzərə necə gözündən yayınmışdı?



Həmin qaraçıların ləhcələrindən və xarici görkəmlərindən Azərbaycan vətəndaşları olmadıqları dərhal sezilirdi. Onlar, bəlkə də, Avropa Oyunları öncəsi Bakıya yağlı tikə kimi baxır, çörək dalınca hansısa qonşu ölkədən bura axışırlar. Polis formasında adam görən kimi isə gözdən itirlər.

Belə neqativ halların qarşısını almaq və şəhərə gələn qonaqların içinə polis vahiməsi salmamaq üçün asayiş keşikçiləri mülki formada xidmət apara bilməzlərmi?

Teymur Hacıyev
Milli.Az


Videoları izləmək üçün şəkillərə klikləyin.

фото

фото


фото


фото


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR