Çində onlarla dinozavr yumurtası tapılıb

Çində onlarla dinozavr yumurtası tapılıb
00:13 24 Aprel 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Dünyada ən çox dinozavr yumurtasına malik olması ilə öyünən Çinin Heyuan şəhəri öz kolleksiyasına yeni bir dəst əlavə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, bu ölkənin Guangdong əyalətinin Heyuan şəhərində yol təmiri zamanı tikinti işçiləri daşlaşmış 43 dinozavr yumurtası aşkar ediblər.
Özünü “Dinozavrlar şəhəri” adlandıran Heyuan ən böyük dinozavr yumurtalarına görə 2004-cü ildə Ginnesin Rekordlar kitabına düşüb. Şəhər muzeyinin direktor müavini Huanq Ziqinqin sözlərinə görə, daşlaşmış yumurtalar ilk dəfədir ki, səs-küylü şəhər mərkəzində tapılıb. Yumurtaların 19-u tamamilə bütövdür və ən böyüyünün diametri 13 santimetrdir.
Çinin “Xinhua” xəbər agentliyinin məlumatına görə, 1996-ci ildən indiyədək şəhərdə 17 minə yaxın dinozavr yumurtası tapılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinde_onlarla_dinozavr_yumurtasi_tapilib-849289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR