"Qəbələ"nin futbolçusu: "Sonadək mübarizə aparacağıq"

"Qəbələ"nin futbolçusu: "Sonadək mübarizə aparacağıq"
00:22 24 Aprel 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” Topaz Premyer Liqasının XXXI turunun aprelin 25-də keçiriləcək oyununda “Xəzər Lənkəran”la qarşılaşacaq. Ardıcıl 7 çempionat oyununda qalib gələn “qırmızı-qaralar”ın təcrübəli müdafiəçisi Rafael Santos səfərdə baş tutacaq matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb: 


“Bu matça bütün oyunlara olduğu ruhda hazırlaşırıq. Əlbəttə ki, çətin oyun olacaq. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyunla bağlı danışan "Qəbələ"nin futbolçusu Rafael Santos deyib.


Klubun rəsmi saytına danışan braziliyalı medalçılar arasına düşmək istədiklərini bildirib: "Hər oyuna 3 xal üçün çıxırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da belə olacaq. Biz seriya haqda fikirləşmirik. Vacib olan qələbə qazanıb, 3 xalımızı əldə etməkdi. Bütün fikrimizi oyunlarımıza və qələbə qazanmağımıza yönəldirik. Biz mükafatlar uğrunda sonadək mübarizə aparacağıq. Medalçılar sırasına düşmək şanslarımız var. İstəyimizə çatmaq üçün əzmkarlıqla mübarizə aparmalıyıq”. 


Qeyd edək ki, braziliyalı legioner “Qəbələ”nin heyətində 46 oyun keçirib. Bunların 38-i Premyer Liqa, 6-sı kubok, 2-si Avropa Liqasına təsadüf edib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-futbolcusu-quotsonadk-mubariz-aparacaqquot-t40222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR