Suriyada Rusiyaya məxsus İl-20 tipli təyyarə 15 nəfərlik
hərbi heyəti ilə birlikdə vurulduqan sonra Moskva və Təl-Əviv
arasında gərginlik hər saat artır.
Publika.az xəbər verir ki, təyyarə Əsəd ordusunun atdığı
raketlə vurulub. Lakin Rusiya Müdafiə Nazirliyi təyyarənin
vurulmasına İsrailin səbəb olduğunu bildirir. Belə ki, Əsəd ordusu
Suriyada əməliyyat keçirən İsrail təyyarələrinə qarşı hava
hücumundan müdafiə sistemlərindən raket atarkən, təsadüfən Rusiya
təyyarəsinə dəyib.
İsrail isə bu hadisədə günahkar olmadığını, bütün problemlərin
Əsəd, İran və Hizbullahda olduğunu bəyan edib.
Bütün dünyanın diqqətlə izlədiyi hadisə ilə bağlı Rusiya prezidenti
Vladimir Putin ilk dəfə danışıb.
Putin bildirib ki, təyyarəni İsrail vurmayıb: “Rusiya təyyarəsini
İsrail vurmadı. Hadisə faciəvi və bədbəxt hal kimi görünür. Hələ də
nə baş verdiyini araşdırırıq. Atılacaq addımlar hər kəsi
maraqlandırır. Addımlarımız Suriyada hərbi personalın
təhlükəsizliyi istiqamətində olacaq”.
Asif