Hande Erçel Murad Dalkılıçdan ayrılmasının SƏBƏBİNİ AÇDI - FOTO

Hande Erçel Murad Dalkılıçdan ayrılmasının SƏBƏBİNİ AÇDI - FOTO
17:48 18 Sentyabr 2018
157 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Murad Dalkılıçla aktrisa Hande Erçel şəxsi həyatlarının son günlərdə tez-tez müzakirəyə çıxarılmasına etiraz edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa instaqramda Murad Dalkılıçdan ayrılması ilə bağlı açıqlama verib:

“Həyatımın ən çətin günlərində haqqımda çıxan xəbərlərlə bağlı açıqlama vermək ən son istədiyim şeydir, amma hər gün yeni bir xəbərlə gündəm olmaq mənə çox pis təsir edir. Odur ki, özümü bu açıqlamanı vermək məcburiyyətində hiss edirəm.

Ağır mərhələdən keçirik və bu yolda yalnız ailəmlə olmaq istəyirəm. İddiaların əksinə olaraq münasibətimi bitirmək qərarı verməyimin tək səbəbi budur. Tək diqqətim anamdır və biz bu pis günləri tezliklə geridə qoyacağıq. Bu dövrdə hər kəsdən həssas davranmağı xahiş edirəm”.

Murad Dalkılıç da Hande Erçeldən ayrılması ilə bağlı aşağıdakı açıqlamanı verib:

“Sevgili media mənsubu olan dostlarım, ilk və son dəfə deyirəm. Danışmırıqsa, bu, o demək deyil ki, yazdığınız xəbərləri qəbul edirik. Bunu bilin. Bu qədər həyati məsələlərin arasında maqazinsəl oyunlarınızı başa düşəcək halımız olmadığından, artıq bu axmaqlıqlara son verməyinizi xahiş edirəm. Bir az ağıllı olun, artıq xahiş edirəm. Kifayətdir".

Məlumat üçün bildirək ki, müğənninin aktrisanı iki əcnəbi qadınla aldatdığı iddiaları yayılmışdı. Xəyanəti öyrənən Hande Erçelin bundan sonra Muradı tərk etdiyi irəli sürülmüşdü.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/253746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR