ABŞ Almaniya bankını cərimələdi

ABŞ Almaniya bankını cərimələdi
00:51 24 Aprel 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük banklarından olan Almaniyanın “Deutsche Bank”ı rekord məbləğdə cəzalandırılıb.

ANS PRESS-in məlumatına görə, ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilir ki, faiz dərəcələri LIBOR və EURIBOR-da manipulyasiya etdiyi ittihamlarını qəbul edən “Deutsche Bank” ABŞ-ın nəzarətçi təşkilatlarına 2 milyard 175 milyon dollar cəza ödəyəcək.

Açıqlamada həmçinin bankın İngiltərə Maliyyə Təşkilatına da 344 milyon dollar ödəyəcəyi deyilir. "Deutsche Bank"ın ABŞ və İngiltərəyə ödəyəcəyi ümumi cəza beləcə 2 milyard 519 milyon dollara çatır.

İstintaqı ABŞ Ədliyyə Nazirliyi adına icra edən vəkil Leslie Caldvell "Deutsche Bank"ın LIBOR manipulyasiyası səbəbiylə cəzaya məhkum edilən altıncı böyük bank olduğunu və 2.5 milyard dolları aşan cərimənin bu günə qədər verilən ən böyük cəza olduğunu bildirib.

İsveçrə bankı UBS-də 2 il əvvəl eyni səbəblə 1,5 milyard dollar cəzaya məhkum edilmişdi. İngilis bankı "Barclays" də bənzər səbəbdən 453 milyon dollar cəza ödəmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=340027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR