Muarem Muaremin yeni baş məşqçisi müəyyənləşdi

Muarem Muaremin yeni baş məşqçisi müəyyənləşdi
00:57 24 Aprel 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Makedoniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, bir neçə gün əvvəl istefaya göndərilən Boşko Curovskini Lyubinko Druloviç əvəzləyib. 


Bununla bağlı Makedoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.


Qeyd edəak ki, Lyubinko Druloviç Serbiya millisində seleksiyaçı-məşqçi vəzifəsində çalışıb. O, əvvəllər Portuqaliyanın "Turizense", Serbiyanın "Banat", Sloveniyanın "Drava", Anqolanın "Primeyro de Aqosto" klublarının və Serbiyanın U-19 yığmasını çalışdırıb.


Əvvəllər Makedoniya millisinə “Qarabağ”ın futbolçusu Muarem Muarem çağırılsa da, əvvəlki baş məşqçi bir müddət idi ondan imtina etmişdi. Belə ki, Muarem son dəfə ötən ilin 12 oktyabrında milliyə çağırılıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-muarem-muaremin-yeni-ba-mqcisi-muyynldi-t40224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR