Davudoğlu Putinə cavab verdi

Davudoğlu Putinə cavab verdi
01:21 24 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin 1915-ci il hadisələrinə “soyqırımı” deməsinə cavab verdi. ANS PRESS-in məlumatına görə, Davudoğlu bildirib ki, Olland və Putinin qondarma “soyqırımı” tədbirində iştirakı Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür.

“Xarici işlər nazirimizlə görüşdüm. Lazımi bütün diplomatik addımlar atılacaq. Rusiya ilə Fransanın Ermənistanda olması isə Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür. Siyasi görüşümüz nə olursa olsun, bundan sonra hər bayramda görüşəcəyik. Biz hamımız eyni gəmidəyik. Öz kədərimizi sahibləndiyimiz kimi bütün xalqların acılarını da paylaşacağıq”.

Türkiyə baş naziri Almaniya parlamentinin 1915-ci il hadisələri barədə qərarına kəskin etirazını bildirib:

“Merkellə telefonda danışdım. Müharibə vaxtı Osmanlı ilə Almaniya eyni tərəfdə olub. Bütün arxivlərimizi açmağa hazır olduğumuzu dedim. Almaniya parlamentinin hərəkətini qəbul etmək mümkün deyil. İqtisadi sanksiyalar da ola bilər. Bu istiqamətdə işə başladıq. Neçə ölkə rəhbəri Türkiyədə, neçəsi Ermənistanda? Onların sammiti nifrət, hiddət zirvəsi, bizimki sülh sammiti. Bizim əleyhimizdə olan yanaşma etimada kölgə düşürər. Türklər ləyaqətlərinə düşkün olmaqları ilə tanınırlar”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR