Daşkəsən sakini qohumunu qətlə yetirib

Daşkəsən sakini qohumunu qətlə yetirib
22:05 18 Sentyabr 2018
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəşkəsən rayonunda qətl törədilib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Əhmədli kəndində baş verib.

Həmin kəndin sakini Nafiq Rasim oğlu Quluyev xalasının əri Fikrət Xəlil oğlu İsmayılov tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, iki qohum yeyib-içdikdən sonra hələ ki, bilinməyən səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman F.İsmayılov bıçaqla N.Quluyevin boynunun şah damarını kəsərək onu qətlə yetirib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/686673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR