Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir
22:27 18 Sentyabr 2018
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/686678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR