3 gün axtarışda olan gənc asılmış vəziyyətdə tapıldı (VİDEO)

3 gün axtarışda olan gənc asılmış vəziyyətdə tapıldı (VİDEO)
01:36 24 Aprel 2015
328 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında Abşeron rayonu ərazisində gənc oğlanın meyiti asılmış vəziyyətdə tapılıb.

Abşeron Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, Bakı-Sumqayıt yolunun 9-cu km-də, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunun yaxınlığındakı yarımtikilidə meyit aşkar olnub. Meyitin 19 yaşlı Piriyev Kamran Süleyman oğluna aid olduğu üzə çıxıb.

Müəyyən edilib ki, Kamran Piriyev hələ aprelin 21-də yoxa çıxıbmış. Bu müddətdə onu axtaran ailəsi bu gün meyitini aşkarlayıb.

“Aprel ayının 21-də Kamran Piriyev saat 14:40 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb. Bununla bağlı polisə məlumat verilib. Bu gün isə Kamran Piriyevin cansız bədəni tapılıb”, – deyə mərhumun qohumu Nəbi Piriyev bildirib.

“Qonşuluqda yeni ev inşa olunurdu. Uşaqlar içəri baxamaq üçün qonşuya müraciət ediblər. Qonşu da etiraz etməyib. Uşaqlar içəri baxanda Kamran Piriyev asılmış vəziyyətdə tapıblar. Bu günə kimi bütün ərazidə axtarış işləri aparılmışdı, bircə qonşuluqdakı bu yarımtikilidən başqa”, – deyə mərhumun qohumu Bəhruz Güləliyev bildirib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=340034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR