​Ərdoğan: Biz hərbi axivləri də açmağa hazırıq

​Ərdoğan: Biz hərbi axivləri də açmağa hazırıq
01:37 24 Aprel 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində İstanbulun Konqres Mərkəzində təşkil olunmuş Sülh sammitində çıxış edib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, çıxışı zamanı qeyd edib ki, ermənilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı qeyd edilən rəqəmlərlə yanaşı irəli sürülən bütün iddialar əsassız və uydurmadır.
"Mən Avropa İttifaqına müraciət etmək istəyirəm. Bizə Türkiyənin arxivlərini açmağı tövsiyə edirlər. Buradan cavab verirəm: Ey Avropa İttifaqı, mən 12 il baş nazir işləmişəm. Bir ilə yaxındır prezidentəm. Çıxış etdiyim hər bir beynəlxalq konfransda, ölkə daxilində keçirilən hər bir iclasda bəyan etdim ki, biz öz arxivlərimizi açmağa hazırıq və həmişə qeyd etmişəm ki, orada milyona yaxın sənəd və arayış var. Və deyirəm: Əgər Ermənistanın arxivlərində nəsə varsa, qoy onlar da açsınlar. Əgər üçüncü bir ölkədə varsa, onlar da açsınlar. Hətta bir az da irəli gedərək deyirəm ki, biz, həmçinin hərbi arxivlərimizi də açmağa hazırıq", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, "sülh naminə birgə əməkdaşlıq və fəaliyyət, dinclik və xoşbəxtlik artıq dünyada zərurətə çevrilib. Ölkələrin və beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşür. Bizim BMT-nin mexanizmi və quruluşuna qarşı tənqidlərimizin arxasında məhz bu prinsiplər durur. Ona görə mən "dünya beşdən böyükdür" deyirəm".
Türkiyə prezidenti qeyd edib ki, "biz yaşanan heç bir ağrını yox saymadığımız kimi, acıların müqayisə edilməsinə də razı olmarıq".
Ərdoğan bildirib ki, Balkanlardan və Qafqazdan, həmçinin region dövlətlərindən Türkiyəyə miqrasiya zamanı ölən 4 minlyondan çox müsəlman üçün nə qədər kədərlənmişiksə, həyatlarını itirən ermənilər üçün də o dərəcə üzülürük"

Xəbərin orijinal ünvanı: http://report.az/region/erdogan-biz-herbi-axivleri-de-acmaga-haziriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR