Almaniya prezidenti "erməni soyqırımı"nı tanıdı

Almaniya prezidenti "erməni soyqırımı"nı tanıdı
01:59 24 Aprel 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya prezidenti Yoaxim Qauk Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb və həmin hadisələrdə Almaniyanın qismən məsuliyyətini etiraf edib.   

 

“Biz, almanlar, məsuliyyət  bölgüsü  və hadisələrdə qismən təqsirli olmağımız məsələsinə gəlincə keçmişə yenidən nəzər salmalıyıq”, deyə Yoaxim Qauk kayzer  Almaniyasının hərbi nümayəndələrinin I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrdə iştirakını nəzərdə tutaraq bildirib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Almaniya prezidenti nitqində aprelin 24-də bundestaqda müzakirəyə çıxarılacaq qətnamə layihəsinin mətnində yer almış cümlələrdən istifadə edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR