Neft qiyməti rekord vurdu

Neft qiyməti rekord vurdu
02:56 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Cümə axşamı xam neftin qiyməti 3 faiz artaraq bir barrel üçün 65 dollara çatıb.

ANS PRESS-in məlumatına görə, bu, 2015-ci ildə neftin çatdığı ən yüksək qiymətdir.

Bütövlükdə isə aprel ayı ərzində qiymət 10 faiz yüksəlib. Ekspertlər bunu Yaxın Şərqdəki gərginlik, Səudiyyənin Yəmənə hava reydləri ilə bağlayırlar. Neft qiymətlərinin qalxmasına ikinci səbəb isə dolların nisbətən ucuzlaşması olub.

Lakin, “Tradition Energy” firmasının analitiki Gene Makgilian hesab edir ki, neft qiymətinin yüksəlişi müvəqqəti haldır. Beləki, neft anbarları hələ də doludur və OPEC gündə 2 milyon barrel neft ixrac etməklə normanı artıqlaması ilə doldurur.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=23&nid=340047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR