Avropa müharibəyə qoşuldu

Avropa müharibəyə qoşuldu
03:11 24 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı miqrasiya böhranına son qoyulması üçün təcili ölçülər götürməyə başlayır.

ANS PRESS-in məlumatına görə, Avropa İttifaqına üzv ölkələrin liderləri buna Afrikada insan qaçaqmalçılarının qayıqlarını yararsız hala salmaqla başlayacaqlarını deyiblər.

Belə ki, 28 ölkənin üzv olduğu qurum Brüssel toplantısı zamanı bəyanat qəbul edib. Sənəd axtarış və xilasetmə əməliyyatlarının maliyyələşdirilməsi, habelə qaçaqmalçıların qayıqlarının istifadə edilməzdən əvvəl məhv edilməsini nəzərdə tutur. Avropa Ittifaqının Maltada 24 nəfərin dəfn mərasimində iştirak edən miqrasiya üzrə rəsmisi Dimitris Avramopolos deyib ki, Avropa insan qaçaqmalçılığına müharibə elan edir.

Qeyd edək ki, son həftələr Aralıq dənizində 800-dən artıq insan boğulub. Qayıqlarla Avropaya üz tutam miqrantların yalnız 28-i xilas edilib. Ötən il İtaliyaya 150 min miqrant yerləşib. Rəsmi Roma gələn 5 ay ərzində həftədə 5 min, ilin sonunadək 200 min nəfərin buraya üz tutacağını bildirir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR