Zaqatalaya dolu yağdı - Təsərrüfata ziyan vurdu

Zaqatalaya dolu yağdı - Təsərrüfata ziyan vurdu
10:42 19 Sentyabr 2018
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonuna yağan güclü dolu kənd təsərrüfatına ziyan vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, sentyabrın 18-i axşam saatlarından başlayaraq 19-u səhər saatlarına kimi rayon ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb. Fasilələrlə rayon ərazisinə yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüaftına ziyan dəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/686754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR