Əkizlər konsertə gedib, küsülü olmadıqlarını göstərdilər

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın solo konserti baş tutub.

Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, gecəni izləməyə gələn tanınmışlar arasında ifaçının bir müddət əvvəl qalmaqal yaşadığı Sevil və Sevinc bacıları da var idi.
Konsertə bacılardan yalnız biri – Sevil qatılıb. O, Xatirəni anası ilə birlikdə izləyib. Daha sonra səhnəyə çıxan ifaçı X.İslama gül verib və onunla görüşərək, təbrik edib. İfaçılar küsülü olmadıqlarını sübut etməyə çalışıblar.

Qeyd edək ki, Sevil və Sevinc “ATV maqazin onlarla” verilişində Xatirə haqda “3 ay efirə çıxmasa, unudulacaq” sözlərini demişdi. Qarşı tərəf də onlara sərt cavab verib. Daha sonra isə Xatirə sosial şəbəkədə paylaşım edərək, yanlış anlaşılma olduğunu bildirib.

Sosial media qısqanclığı ölümlə bitdi - 50 illik arvadını... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR