Play Store

Bakıda qəza törədən sürücü yaralını maşına mindirərək qaçdı

Bakıda qəza törədən sürücü yaralını maşına mindirərək qaçdı
03:04 24 Aprel 2015
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-niın  məlumatına görə, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili adıçəkilən küçə ilə hərəkətdə olan zaman digər bir avtomaşın arxadan ona çırpılıb. Qəzaya  səbəb olan sürücü dərhal hadisə yerindən uzaqlaşıb.

 

Hadisə zamanı avtomobildə olan sərnişin xəsarət alıb. Qəzaya  səbəb olan sürücü yaralını avtomobilə mindirərək  dərhal hadisə yerindən uzaqlaşıb.  Əraziyə  Yasamal rayon Yol patrul xidmətinin əməkdaşları gələrək qəza ilə bağlı ölçülər götürüb. Qəzaya səbəb kimi ilkin ehtimal olaraq yüksək sürət göstərilir.

 

Faktla bağlı Yasamal Rayon Polis idarəsində araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR