Rusiya əzələ nümayiş etdirəcək (VİDEO)

Rusiya əzələ nümayiş etdirəcək (VİDEO)
04:06 24 Aprel 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Rus ordusu Moskva ətrafı poliqonlardan Qələbə paradı üçün aviaşouya hazırlaşır.

ANS PRESS-in məlumatına görə, Kubinka qəsəbəsinin səmasında pilotaj qrupların məşqlərini sakinlər maraqla izləyir. Belə ki, peşəkar pilotlar paradın səma şousunun heyranedici olacağını söz verir. Bu dəfə ənənvi “Ruskiy vityaz” və “Strij” təyyatrələrindən başqa Qızıl meydan səmasına 30 vertolyot qalxacaq. Onların arasında ən son taktiki hücum vertolyotu “Alliqator”, hərbi-desant vertolyotları “Terminator” və dünyanın ən böyük sərnişin vertolyotları olan, qabaritlərinə görə xaql arasında “uçan inək” adlandırılıan Mi-26-lar olacaq.

Bundan əlavə parad zamanı tamaşaçılar rusiya aviasiyasının dünyaca məşhur “Berkut” pilotaj qrupunun da hava fənlərini görə biləcəklər.

Qeyd edək ki, bir çox dövlət başçılarının dəvət olunduğu Qələbə paradına Qərb liderləri qatılmıyacaq.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=339826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR