​Rusiya prezidenti İrəvana gedib

​Rusiya prezidenti İrəvana gedib
04:12 24 Aprel 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin 1915-ci ildə Osmanlı imperiyasında törədildiyi iddia edilən qondarma "erməni soyqırımının 100 illiyi" münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İrəvana gedib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Putinin səfər zamanı Ermənistan prezidenti Serj Sarkisyan və Fransa prezidenti Fransua Olland ilə görüşəcəyi qeyd edilir.
Əvvəllər verilən məlumata görə, tədbirlərdə iştirak edəcək Fransa prezidenti Putin ilə BMT Təhlükəsizlik Şurasının miqrant problemləri üzrə qətnamə layihəsini müzakirə etməyə hazırlaşır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-prezidenti-i-revana-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR