Azərbaycanda evdə təhsilə cəlb olunan uşaqların reabilitasiya və tibb müəssisələrinə aparılıb-gətirilməsi üçün aylıq müavinət təyin edilib

05:02 24 Aprel 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 04:35 ]


Bakı. Ramiz MikayıloğluA-APA. Nazirlər Kabineti “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayrılacaq vəsaitlə bağlıdır.

 

Dəyişikliyə əsasən evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda 20 (iyirmi) manat həcmində müavinət müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR