Bakıda tarixi bina yox ola bilər - VİDEO

Bakıda tarixi bina yox ola bilər - VİDEO
09:57 13 Yanvar 2015
135 Sosial
Ölkə mətbuatı
A- A+

Bu tarixi binanın hər dəfə fasad hissəsini təmir edirlər
Nəsimi rayonundakı iki əsrlik bina tarixə çevrilə bilər.

ANS TV-nin məlumatına görə, söhbət Bakının mərkəzində, Nəsimi rayonu, Bülbül prospekti 29 ünvanında yerləşən iki əsrlik tarixi olan binadan gedir. Tarixi abidə sayılan bu binaya çöldən baxanda insanın ağlına gələn odur ki, burada yaşayanların heç bir problemi yoxdur. Amma necə deyərlər, içim özümü göynədir, çölüm özgəsini. Elə bu binanın da gözəlliyinə aldanmayın. Əslində məsələ tam fərqlidir.

Çöldən gözəl görünən binanın içərisinə daxil olduqda problemlər özünü büruzə verir. Tavan, demək olar ki, tam çöküb. Sakinlər deyirlər ki, bu hələ harasıdır, yağış yağdı - bütün sular mənzillərin içərisində olur. Doğrudur, binaya nəzarət edilir, ancaq fasad dəyişikliyi edilir ki, bu da problemin həlli demək deyil. Dəfələrlə aidiyyatı qurumlara məsələ ilə bağlı müraciət edilib, bir köməyi olmayıb.

“45 ildir bu tarixi binada yaşayıram. Tarixi bina qəzalı vəziyyətdədir, artıq uçub-dağılır. Bununla bağlı bir çox aidiyyatı qurumlara müraciət etmişik. Bu tarixi binanın hər dəfə çölünü, fasad hissəsini təmir edirlər. Ancaq binanın içərisi təmir edilmir”, – deyə şikayətçi Naidə Quliyeva bildirib.

İlk olaraq Nəsimi rayon mənzil-kommunal təsərrüfat birliyinə üz tutduq. Qurumun rəisi Laçın Mustafayev problemdən xəbərsiz olduqlarını bilidirdi. Buna görə də ərazi üzrə fəaliyyət göstərən 48 saylı mənzil istismar sahəsinin rəisi Ramin Piriyev ilə əlaqə saxladıq. Rəis bildirdi ki, sözügedən ünvana baxış keçirilib. Müəyyən edilib ki, binada əsaslı təmir işləri aparılmalıdır. Bunun üçün qurumun maddi vəsaitə ehtiyacı var. Artıq bununla bağlı Nazirlər Kabinetinə müraciət də edilib.

“Dam örtüyünün əsaslı təmir olunması məqsədilə müvafiq təşkilatlar tərəfindən məsələ qaldırılıb. Hazırda tarixi binada təmir-bərpa işlərinin aparılmaması məhz maliyyə vəsaitinin çatışmazlığı olmuşdur. 2015-ci ildə, yəqin ki, bu məsələ də həll olunacaq”, - deyə Ramin Piriyev vurğulayıb.

Bundan başqa, qurum rəisi onu da əlavə etdi ki, bu yaxınlarda sözügedən tarixi binanın həyətyanı sahəsinə asfalt örtüyü çəkilib. Dam örtüyü də təmir edilib. Bütün bu işlər Mənzil İstismar Sahəsinin hesabına həyata keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR