Play Store

İsrail raket zərbələri endirdi

İsrail raket zərbələri endirdi
05:11 24 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail hərbi təyyarələri Qəzzaya havadan hücum təşkil edib.

ANS PRESS-in məlumatına görə, İsrailə məxsus qırıcı təyyarələr Qəzzanın Beyt Hanun bölgəsinə iki havadan hücum planını reallaşdırıb. Bu barədə “Anadolu Agentliyi” xəbər yayır.

Xəbərdə bildirilir ki, İsrail hərbçiləri Beyt Hanundakı boş bir əraziyə havadan iki raket zərbəsi endirib. Raketlərin düşdüyü ərazidə əkinçilik məhsulları məhv olub.

Bundan başqa, İsrail ordusunun internet saytından yayılan açıqlamada İsrail hava qüvvələrinin ölkəyə atılan raket zərbələrinə cavab oalraq Qəzzanın şimalındakı Həmas-a aid hərbi məntəqələri vurduğu bildirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340062

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR