Play Store

İŞİD-lə döyüşdən kadrlar (VİDEO)

İŞİD-lə döyüşdən kadrlar (VİDEO)
05:11 24 Aprel 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin İraqda humanitar məslələr üzrə koordinatoru Liz Qrande cümə axşamı paytaxt Bağdadın kənarındakı Camiyada daxili qaçqınların düşərgəsində olub.

ANS PRESS-in məlumatına görə, Liz Qrande bildirib ki, düşərgəyə onu İraq hakimiyyəti qaçqınların yaşayış tərzinə qiymət vermək üçün çağırıb.

Düşərgə Bağdaddan 10 kilometr qərbdə yerləşən Anbar əyalətinin Ər-Ramadi administrativ mərkəzindən gələn qaçqınları qəbul etmək üçün yeni salınıb.

İraq ordusu və silahlı şiə birləşmələrinin səyi nəticəsində Tikritdən çıxarılan İŞİD qüvvələri İki həftə bundan qabaq Ər-Ramadini ələ keçirib. Onların şəhərə hücumu onlarla insanın öz evlərini tərk etməyə vadar edib.

Hazırda Ər-Ramdi uğrunda qızğın döyüşlər gedir. Hökümət qüvvələrinin irəliləməsini minalaşdırılmış binalar, snayper və intiharçıların hücumu mane olur. Xəbər verilir ki, terrorçular şəhərdə tunellər qazıblar və bu da onların asanlıqla bir evdən digərinə keçməsinə kömək edir.

Qeyd edək ki, keçən ilin əvvəlind ölkə içində yerdəyişən qaçqınlıarın sayı yarım milyona çatıb. Təkcə Anbar əyalətindən olan qçqınların sayı isə 400 min nəfərdir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR