"Qarabağ" - "Arsenal" matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb.

Metbuat.az "Qarabağ" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər qarşılaşmanın biletlərini sabahdan etibarən ala bilərlər.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır. Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

Satış məntəqələri:

Qarabağ FK Fan-şop ("Park Bulvar")

İticket kassaları

Sumqayıt şəhəri ("ASAN Xidmət")

"28 Mall"

"Gənclik Mall"

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR