İƏT-in baş katibi beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləməyə çağırdı

İƏT-in baş katibi beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləməyə çağırdı
07:03 24 Aprel 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri”ni pisləyərək vurğulayıb ki, “seçkilər” qanunsuzdur və BMT-nin, İƏT-in və ATƏT-in qətnamələrinə ziddir.
AZƏRTAC İƏT-in rəsmi saytına istinadən xəbər verir ki, baş katib beynəlxalq ictimaiyyəti bu “seçkiləri” pisləməyə və onun qeyri-qanuniliyini tanımağa çağırıb.
İyad Amin Mədəni İƏT-in Azərbaycanın bu münaqişənin müvafiq qətnamələrə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini bir daha vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/IAT_in_bas_katibi_beynelxalq_ictimaiyyeti_Dagliq_Qarabagda_kechirilecek_qondarma_parlament_sechkilerini_pislemeye_chagirdi-849298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR