Play Store

“Nabat” Tehranda (VİDEO)

“Nabat” Tehranda (VİDEO)
06:11 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi bu gündən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

ANS PRESS-in məlumatına görə, “Nabat” bu il 300-dən artıq filmin göndərildiyi festivalın “East Panorama” müsabiqə proqramında yer alıb. Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=340042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR