“Qızılağac”da qanunsuz ov edən şəxs saxlanıldı

“Qızılağac”da qanunsuz ov edən şəxs saxlanıldı
14:17 20 Sentyabr 2018
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Qanunsuz ov edən şəxs cərimələnib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda "Qızılağac" qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "Baykal" markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.

M.Orucov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/687193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR