“Samsung Galaxy A7” rəsmən təqdim edilib

“Samsung Galaxy A7” rəsmən təqdim edilib
14:35 20 Sentyabr 2018
Ölkə mətbuatı
A- A+

“Samsung”un orta qiymət seqmentinə aid yeni smartfonu bundan əvvəl şirkətin istehsalı olan qurğularda tətbiq edilməmiş 2 funksiya ilə təchiz edilib. Cihazda  şüşə və metaldan istifadəyə əsaslanan dizayndan istifadə edilib. Sözügedən aparat 3 qat əsas kamera ilə təchiz edilib ki, bu da “Galaxy” istehsal xəttinə məxsus smartfonlar üçün bir ilk sayıla bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” resursuna istinadən yazır ki, bundan başqa, yaxın vaxtlarda təqdim edilmiş “Galaxy J6+” aparatında olduğu kimi, yeni modelin də kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb. Yeni qurğu Full HD+ təsvir ölçülü 6 düymlük “Super AMOLED” displey, 2,2 QHs takt tezlikli 8 nüvəli prosessor və 4 QB + 64 QB, 4 QB + 128 QB, 6 QB və 128 QB-lıq yaddaşla təchiz edilib.
 
3 qat kamera F1.7 diafraqmalı 24 meqapiksellik əsas obyektiv,  F2.4 diafraqmalı 8 meqapiksellik genişbucaqlı obyektiv və portret şəkillər üçün F2.2 diafraqmalı 5 meqapiksellik dərinlik sensorundan ibarətdir. “Selfi” şəkillər üçün F2.0 diafraqmalı süni intellekt texnologiyasına əsaslanan 24 meqapiksellik kamera tətbiq edilir. Smartfon 2 SİM kart, “Dolby Atmos” dəstəkləyir və sürətli enerjidoldurma imkanına malik 3300 milliamper/saat tutumlu akkumulyatora malikdir.
 
Göy, qara, qızılı və çəhrayı rəngli korpuslarda əlçatan olan smartfonun qiyməti 407 dollar təşkil edəcək.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56626-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR