43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub

43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub
15:17 20 Sentyabr 2018
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonunda bədbəxt hadisə baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Car kənd sakini, 1975-ci il təvəllüdlü Rasim Əhməd oğlu Kamalov şabalıd ağacından yıxılıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Kamalova 11-ci bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/687213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR