Azərbaycan XİN Ermənistanın vəziyyəti gərginləşdirməsi ilə bağlı bəyanat yaydı

Azərbaycan XİN Ermənistanın vəziyyəti gərginləşdirməsi ilə bağlı bəyanat yaydı
15:22 20 Sentyabr 2018
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinə çağırış etdi.

Milli.Az xəbər verir ki, Azərbaycan XIN-in Mətbuat xidməti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış son vəziyyəti şərh edərək Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri və səsləndirdikləri fikirlərə belə münasibət bildirib:

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini  işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq.

Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/687245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR