Play Store

“Unibank” nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb

“Unibank” nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb
07:38 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
“Unibank” ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına görə “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə mükafatlandırılıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, Mərkəzi Bankın dəstəyi ilə keçirilən “Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron ticarətin inkişafında lider bank” və “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyada “Unibank” elektron ticarətin inkişafında qalib yerlərdən birini tutub.
“Unibank”ın tərəfdaşları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibank_nagdsiz_odenislerin_ve_elektron_ticaretin_inkisafina_gore_mukafatlandirilib-849301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR