“Twitter” işi asanlaşdırdı

“Twitter” işi asanlaşdırdı
08:51 24 Aprel 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

“Twitter” mikrobloqlar xidməti istifadəçilər arasında məlumat mübadiləsi qaydalarına dəyişikliklər edib.

ANS PRESS-in məlumatına görə, indi istifadəçilər bir-biri və ya qrup halında daha asan ünsiyyət qura biləcəklər. Bu barədə "ICTnews" elektron xidməti xəbər verir.

Əvvəllər “Twitter” istifadəçiləri öz məlumatlarını yalnız abunəçilərinə göndərə bilirdilər. Hazırda isə istifadəçinin hesaba abunə olmasından asılı olmayaraq məlumatı istənilən istifadəçidən almaq mümkündür.

Bundan başqa, mikrobloqlar xidmətinin "iPhone” və “Android” sistemli qurğular üçün əlavələrindəki istifadəçi profilində “Şəxsi məlumat” düyməsi yer alıb.

Yeni funksiyalar “Twitter” istifadəçilərinə onlar üçün maraqlı olan insan və təşkilatlarla birbaşa ünsiyyət qurmağa imkan verir. Həmçinin arzuolunmaz akkauntlardan məlumatların alınmasının bloklanması funksiyasından istifadə mümkün olacaq.

Yeni qaydalar aprelin 20-də qüvvəyə minib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR